Baş nazirin müavini Əli Əhmədov Yevlaxda
ictimaiyyət nümayəndələri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının
(YAP) sədr müavini-icra
katibi, Əli Əhmədov Yevlax şəhərində ictimaiyyət
nümayəndələri ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən
əvvəl ümummilli
lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində
ucaldılmış abidəsi
ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Heydər
Əliyev adına
sarayda keçirilən
görüşdə rayonun
idarə, müəssisə
və təşkilatlarının,
hüquq mühafizə
orqanlarının rəhbərləri,
sahibkarlar və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Yevlax Şəhər
İcra Hakimiyyətinin
başçısı Qoca
Səmədov çıxış
edərək son illərdə
rayonda görülən
işlər və nəzərdə tutulan layihələr barədə
məlumat verib. Qeyd olunub ki, Prezident
İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi
diqqət və qayğı nəticəsində
Yevlaxda bütün sahələrdə sürətli
inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb,
infrastruktur layihələri
həyata keçirilib,
yeni iş yerləri açılıb,
əhalinin rifahı yaxşılaşıb.
Görüşdə çıxış
edən Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə həyatın
bütün sahələrində
baş verən böyük inkişafdan danışıb, əsas
diqqəti “Azərbaycan
Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlara,
qarşıda duran vəzifələrə yönəldib.
Dünyada baş verən iqtisadi böhrana toxunan Əli Əhmədov qeyd edib ki, bütün
bu proseslər Azərbaycana da müəyyən təsir
göstərib, neftin qiymətinin və manatın məzənnəsinin
aşağı düşməsi
ilə nəticələnib. Lakin buna
baxmayaraq, ölkəmizdə
iqtisadiyyatın daha da gücləndirilməsi
və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində
mühüm addımlar
atılır. Azərbaycanda həyatın yeni mərhələsi başlayır,
inkişafın yeni modeli yaranır. Bu sahədə qarşıda
duran əsas vəzifələr qeyri-neft
sektorunun, sahibkarlığın
inkişaf etdirilməsi,
iqtisadiyyatın neft amilindən asılılığının
azaldılması, yeni
iş yerlərinin yaradılması, idarəetmənin
təkmilləşdirilməsi, insanların həyat səviyyəsinin yüksəldilməsidir.
Görülən işlərin mərkəzində
insan amili, Azərbaycan vətəndaşının
sosial rifahı dayanır.
Görüşdə çıxış edən
ictimaiyyət nümayəndələri
və sahibkarlar göstərilən diqqət
və qayğıya görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildiriblər. Çıxışlarda, həmçinin Yevlax yun fabrikinin
fəaliyyətinin bərpa
edilməsi, tibb kollecinin açılması,
əkinlərin suvarma
suyu ilə təminatının, bəzi
kəndlərə yolların
çəkilməsi ilə
bağlı təklif
və müraciətlər
səsləndirilib.
Azərbaycan. - 2016.- 3 fevral.- S.4.