Təhsil naziri beynəlxalq fənn olimpiadalarının
qalibləri ilə görüşüb
Təhsil naziri Mikayıl Cabbarov fevralın 2-də beynəlxalq fənn olimpiadalarının qalibləri
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
M.Cabbarov ölkəmizdə
elmin, təhsilin inkişafına dövlət
qayğısından danışıb. Bildirilib
ki, 2015-ci ildə respublika fənn olimpiadalarında 22 min, bu il isə
27 min şagird iştirak
edib. Şagirdlərimiz
ötən il
beynəlxalq olimpiadalarda
13 bürünc medal qazanıblar.
M.Cabbarov şagirdlərin gələcəkdə
daha böyük uğurlar əldə edəcəklərinə və
yüksək səviyyəli
mütəxəssis kimi
yetişəcəklərinə əminliyini bildirib. Təhsil naziri
olimpiada qaliblərinin
belə möhtəşəm
nailiyyət əldə
etməsində onların
təhsil aldıqları
məktəblərin və
müəllimlərinin mühüm
rolunu vurğulayıb,
məktəblilərin ailələrinə
və valideynlərinə
minnətdarlığını bildirib.
Sonda beynəlxalq
fənn olimpiadalarının
qaliblərinə qiymətli
hədiyyələr verilib.
Azərbaycan. - 2016.- 3 fevral.- S. 4.