Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən həyata keçirilən islahatları dəstəkləyir
Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımları dəstəkləyir və özəlləşdirmənin inkişafını diqqətlə izləyir.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard “Caspian Energy İnternational Media Group”un və “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə deyib. Görüşdə “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif mövzulara, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub. M.Mard “Caspian European Club”un fəaliyyətini və klub tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndirib.
M.Mard qeyd edib ki, “Cənub qaz dəhlizi” Aİ üçün prioritet təşkil edir: “Biz 2020-ci ildə Azərbaycan qazını alacağımıza ümid edirik. Bundan əlavə, əldə olan məlumatlara görə, TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuş qrafiki qabaqlayır”.
O, Avropa şirkətlərinin Azərbaycan şirkətləri ilə yüksək əməkdaşlıq potensialından da danışıb. Bildirib ki, Azərbaycanla Aİ arasındakı yaxın və sıx əlaqələr ilbəil daha da inkişaf edir. M.Mard, həmçinin Aİ-nin Azərbaycanda nəhəng investor olduğunu da vurğulayıb.
Xanım Mard Aİ-nin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımları dəstəklədiyini və özəlləşdirmənin inkişafını diqqətlə izlədiyini qeyd edib. O, Avropa şirkətlərinin bu baxımdan Azərbaycanda böyük rol oynaya biləcəklərini vurğulayıb.
Səfir Aİ-nin Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiyini və turizmin
inkişafının konkret istiqamətləri
üzrə öz tövsiyələrini verdiyini qeyd edib. Bildirib ki, Aİ-nin Dövlət Statistika Komitəsi ilə də iqtisadi islahatlara yardım
edəcək birgə layihəsi mövcuddur.
O, kənd təsərrüfatı və yüksək keyfiyyətli
məhsulların Avropa bazarına
çıxarılması üzrə də əməkdaşlığın
böyük potensialı olduğunu
qeyd edib: “Bu istiqamətdə Kənd Təsərrüfatı
Nazirliyi ilə ardıcıl işlər
aparılır. Azərbaycan yüksək keyfiyyətli məhsullara
sahib olsa da, distribüterlik sisteminin inkişafı üzrə işləri
sürətləndirmək qaçılmazdır”.
Azərbaycan. - 2016.- 3 fevral.- S. 4.