Milli Onkologiya Mərkəzinin
Klinik-biokimyəvi Laboratoriyası Referativ
Mərkəz adına layiq görülüb
İsveçrənin “Roche Tissue
Diagnostics” şirkəti tərəfindən
Milli Onkologiya Mərkəzi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun Referativ Mərkəzi seçilib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bundan sonra Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanın onkologiya mərkəzləri və laboratoriyaları Milli Onkologiya Mərkəzinin ən müasir standartlara cavab verən laborator imkanlarından yararlana biləcəklər.
Ölkə başçısı İlham Əliyevin davamlı dəstək və qayğısı sayəsində inkişaf edən Milli Onkologiya Mərkəzində son 10 ildə maddi-texniki baza təkmilləşdirilib, həkim və orta tibb personalının bilik və bacarıqları artırılmış, dünyanın bir çox aparıcı onkoloji mərkəzləri və universitetləri ilə sıx əməkdaşlıq qurulmuş, birgə elmi araşdırmalara başlanılıb.
Son bir neçə il ərzində Milli Onkologiya Mərkəzi artıq üç referativ mərkəz adına layiq görülübdür. Onlardan biri Şüa Terapiyası şöbəsinin nəzdində yaradılmış TrueBeam™ STX-2,0 və Gamma Med HDR Plus braxiterapiya mərkəzinə Varian Medical System (ABŞ) tərəfindən Avropa və MDB ölkələri üçün referativ mərkəz adının verilməsi olub.
Qeyd edək ki,
belə referativ mərkəzlər
Avropanın cəmi 6 ölkəsində mövcuddur
və Azərbaycan artıq onlardan biridir.
Azərbaycan. - 2016.- 3 fevral.- S. 4.