Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası publik hüquqi
şəxsin yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.
Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur.
Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirilmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:
2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.
3. Müəyyən edilsin ki:
3.1 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır;
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.
5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Rüfət
Aslanlı - Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupunun
üzvləri
Asim Məmmədov - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Rövşən Cavadov - Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun investisiya departamentinin direktoru
Zəka
Mirzəyev - Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi
şöbəsində sektor
müdiri
6. İşçi qrupuna tapşırılsın ki:
6.1. Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatasının
Nizamnaməsinin layihəsini,
habelə Palatanın strukturu və işçilərinin ümumi
say həddi barədə
təkliflərini bir
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
6.2. Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatasının
yaradılması ilə
əlaqədar:
6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında”, Bank olmayan
kredit təşkilatları
haqqında” və “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan
Respublikası qanunlarının
uyğunlaşdırılması barədə təkliflərini
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
6.2.2. Azərbaycan Respublikasının
digər qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması
ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
6.3. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
7. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə
alınmaqla, Azərbaycan
Respublikasının Qiymətli
Kağızlar üzrə
Dövlət Komitəsinin,
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Dövlət Sığorta
Nəzarəti Xidmətinin
və Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində
olan dövlət əmlakının Azərbaycan
Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatasına verilməsini
həll etsin;
7.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
iki ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
7.4. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
8. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral
2016-cı il
Azərbaycan. - 2016.- 4 fevral.- S. 1.