Azərbaycan
Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti
göstərən fiziki
və hüquqi şəxslərin müraciətlərinə
baxılması sahəsində
çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının qərarlarından,
hərəkət və
ya hərəkətsizliyindən
yuxarı orqana şikayətlərin verilməsi
mexanizminin təkmilləşdirilməsi
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılsın.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görsün.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 fevral 2016-cı il
Azərbaycan. - 2016.- 4 fevral.- S.2.