Yunanıstanın xarici işlər naziri Milli Məclisdə olub

 

Fevralın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Milli Məclisin sədri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın möhkəm hüquqi baza üzərində qurulduğunuinkişafda olduğunu deyən Oqtay Əsədov bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Spiker, həmçinin Azərbaycanın enerji layihələri barədə də qonaqlara məlumat verib.

Nikos Kotzias Azərbaycana səfərindən məmnunluğunu bildirərək keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını söyləyib. Nazir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı səfərlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

 

Elgün Mənsimov

 

Azərbaycan. - 2016.- 4 fevral.- S. 3.