Polis Akademiyasında
multikulturalizm fənni
tədris ediləcək
Fevralın 3-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Səyavuş Heydərovun
Akademiyanın zabit heyəti və müdavimlərlə görüşü
olub.
Tədbirdə çıxış edən
Akademiyanın rəisi,
general-mayor Nazim Əliyev
görüşün əhəmiyyətini
yüksək qiymətləndirib. O deyib ki, ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququ, bütövlükdə
konstitusion normalarla tənzimlənən vicdan
azadlığının tam bərqərar olunması daim diqqət mərkəzindədir və
bunlar dövlətimizin
vacib saydığı
prioritet istiqamətlərdəndir.
Mövcud qanunvericilik, milli
və ictimai təhlükəsizlik maraqları
rəhbər tutulmaqla
vicdan azadlığından
sui-istifadə cəhdlərinin,
dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması
istiqamətində daxili
işlər orqanları
tərəfindən qətiyyətli
tədbirlər həyata
keçirilib və hazırda da bu işlər davam etdirilməkdədir.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında
görüşün maarifləndirmə,
o cümlədən müdavimlərin
milli mənəvi dəyərlərimizə bağlılığı,
ölkəmizdə mövcud
tolerant mühitin bundan
sonra da qorunması baxımından
böyük əhəmiyyət
daşıdığını vurğulayıb. O, Azərbaycandakı
mövcud dini durum, dövlətin bu sahəyə qayğısı,
ölkəmizdə radikalizm
meyillərinin yaranmasının
səbəbləri, həmin
meyillərin yayılmasında
maraqlı olan bəzi daxili və xarici qüvvələr haqqında
məlumat verib.
Dövlət Komitəsinin sədr müavini Azərbaycanda tolerantlığın ən
nümunəvi formasının
mövcudluğunu qeyd
edib, “Multikulturalizm ili” çərçivəsində
ölkəmizdə keçiriləcək
tədbirlər barədə
məlumatlar verib. O, müdavimlərə
gələcək fəaliyyətlərində
istifadə üçün
qeyd olunan dəyərlərin dərindən
mənimsənilməsini tövsiyə
edib.
AZƏRTAC
Azərbaycan. - 2016.- 4 fevral.- S.4.