Azərbaycan Prezidenti İlham Əliyev
Londonda Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 4-də Londonda
“Suriyaya və regiona dəstək” konfransı çərçivəsidə
Xorvatiya Respublikasının
Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışdı.
Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. -
2016.- 5 fevral.-
S.1.