ABŞ-ın Miluoki dairəsi 19 yanvarı “Qara Yanvargünü elan edib

 

ABŞ-ın Viskonsin ştatının Miluoki dairəsinin icra hakimiyyəti başçısı Kris Abel 1990-cı ilin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar proklamasiya qəbul edib. Bakıda 130-dan çox dinc vətəndaşın, o cümlədən qadınların və uşaqların qətlə yetirildiyi faciəli “Qara Yanvar” hadisələrindən danışılan sənəddə K.Abel vurğulayıb: “Bu hadisə Azərbaycanın müstəqilliyinin bərpası tarixində dönüş nöqtəsi oldu. Bir il sonra Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Bəyannamə qəbul etdi”.

Kris Abel faciəli hadisələrin 26-cı ildönümü ilə əlaqədar 2016-cı ilin 19 yanvarını “Qara Yanvargünü elan edib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan. - 2016.- 6 fevral.- S. 6.