Azərbaycanın
beynəlxalq aləmdə nüfuzu
yüksəlir
Prezident İlham
ƏLİYEV: “Bu gün
Azərbaycan özü donor
ölkədir. Biz, Suriya
qaçqınları da daxil
olmaqla, maliyyə yardımını təmin
edirik”
Londonda Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə “Suriyaya və regiona dəstək” konfransının keçirilməsi mühüm hadisə oldu. Konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edildi.
Prezident İlham Əliyev BMT-nin Baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən konfransda iştirak edib.
Dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlərin qabarıq şəkildə özünü büruzə verdiyi bir vaxtda London konfransının keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Qeyd edək ki, İraq və Suriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmasının zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük fəlakətlərə düçar etməklə yanaşı, Türkiyə və digər dövlətlərə də problemlər yaradıb. Suriyada son vaxtlar İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti ilə üzləşib. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutub. Avropada sığınacaq alan qaçqın və köçkünlər ağır sosial şəraitdə yaşamaq məcburiyyətində qalıblar.
Dövlət başçısı konfrans çərçivəsində keçirilən “Təhsil” mövzusunda sessiyada bildirib: “Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Bu, həqiqətən də humanitar fəlakət idi. O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən qaçqın
sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və
işsiz qalaraq yaşayış imkanlarından
məhrum olmuşdu.
Biz beynəlxalq humanitar təşkilatlara,
xüsusilə tariximizin
çətin məqamında
bizə dəstək olan BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığına
minnətdarıq.
Bu gün Azərbaycan
özü donor ölkədir. Biz, Suriya qaçqınları
da daxil olmaqla, maliyyə yardımını təmin
edirik. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs
rejimi müəyyən
edilmişdir. Əfsuslar ki,
o vaxtdan bəri danışıqlar masası
ətrafında bu münaqişənin həlli
ilə bağlı ciddi irəliləyişə
nail olunmamışdır. BMT-nin Təhlükəsizlik
Şurası Ermənistan
silahlı qüvvələrinin
Azərbaycanın işğal
olunmuş ərazilərindən
dərhal və qeyd-şərtsiz çıxmasını
tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən
bu qətnamələrə
məhəl qoyulmur”.
Xatırladaq ki, Parisdə ötən il
baş verən terror hadisəsindən dərhal
sonra Avropa dövlətləri böyük
əndişə içərisində
genişmiqyaslı təhlükəsizlik
tədbirləri görüblər.
İngiltərə, Belçika, Almaniyada
terrorçuluqda şübhəli
bilinən xeyli sayda insan həbs
edilib. Terror təhlükəsinə qarşı
dünyanın supergüclərinin
təlaşa düşməsi
bir daha sübut edir ki, iqtisadi inkişaf
səviyyəsindən asılı
olmayaraq, heç bir dövlət bu terrorizmin törədə biləcəyi
vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə
terrorizm dinc yanaşı yaşamağın
başlıca təhlükəsinə
çevrilməklə bütövlükdə
insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal
təhdiddir. Təəssüflər olsun ki, Azərbaycan
xalqı uzun zamandan bəri erməni terroruna məruz qalsa da, dünyanın supergücləri terrorizmi
dövlət səviyyəsində
dəstəkləyən Ermənistana
qarşı konkret addımlar atmayıblar.
Əksinə, təcavüzkar dövləti himayə etməklə onların əməllərinə göz
yumublar. Bu gün baş verən hadisələr isə terroru hansı qruplaşmanın
törətməsindən asılı
olmayaraq bütövlükdə
terrorizmin bəşəriyyət
üçün bəlaya
çevrildiyini bir daha sübuta yetirdi.
Prezident
İlham Əliyev ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə
daha dolğun, hərtərəfli şəkildə
çatdırılması istiqamətində ardıcıl
iş aparır. BMT-nin qəbul
etdiyi qətnamələrin
icrasında “ikili standartlar”ın mövcudluğu
təşkilata üzv
dövlətlərin böyük
əksəriyyətində, o cümlədən də Azərbaycanda haqlı narazılıq doğurur.
Bu gün Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən davam etdirilən danışıqlar
prosesi təcavüzkar
Ermənistanı bir daha işğalçılıq
hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir. Lakin beynəlxalq təşkilatlar
qarşısında bu
proses daim təcavüzkar Ermənistan
tərəfindən pozulur
ki, bu da
işğalçı dövlət
kimi Ermənistanın
qeyri-konstruktiv siyasətinə
dəlalət edir və hələ də bu ölkə
beynəlxalq hüquqa
heç bir məhəl qoymayaraq belə siyasəti davam etdirir.
Ölkəmizin danışıqlar prosesindəki
siyasi üstünlüyü
və təşəbbüsü
ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar
Ermənistanı qətiyyən
razı salmır. Aşkar
görünür ki, tənzimləmə prosesində
beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana
uduzan təcavüzkar
tərəfin bütün
səyləri hazırda
mövcud “status-kvo”nun
qorunub saxlanılmasına,
münaqişənin “baş
vermiş fakt” əsasında həllinə
hesablanmışdır.
Təcavüzkarı destruktiv mövqedən çıxış etməyə
şirnikləndirən başlıca
səbəblərdən biri
də məhz danışıqlarda vasitəçilik
edən ATƏT-in Minsk qrupu
həmsədrlərinin Ermənistana
təsir göstərmək
üçün zəruri
təzyiq vasitələrindən
istifadə etməməsidir. Ərazi
və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli
ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə
presedentləri mövcud
olsa da, nədənsə həmsədrlər
uzun müddətdən
bəridir ki, “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi”
kimi gülünc mövqeyi önə çəkir, işğalçıya
və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar.
Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq
hüquq normalarının
praktik təsir gücünə əsaslı
şübhə yaradır.
Dünya
nizamını müəyyənləşdirən
fövqəlgüclərin işğal faktına
liberal yanaşması, dolayısı
ilə təcavüzkarlığa
göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin
həllində hüquqi
deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir.
Buna görə də işğalçı
tərəf indiyə
qədər müəyyən
bəhanələrlə danışıqlar
prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu
ən pis variantlar sırasında “ən optimal gediş” kimi dəyərləndirir.
Xarici dəstək hesabına dilənçi kökündə
yaşayan Ermənistan
tərəfi hələ
ki, hakimiyyətin ömrünü uzatmaq üçün bundan “yaxşı” variant görmür.
Azərbaycan danışıqlar prosesində
ədalətli, prinsipial
və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə
səfərlərində, eləcə
də ölkəmizə
gələn nüfuzlu
beynəlxalq təşkilatların
və dövlətlərin
rəhbərlərinin diqqətinə
dəfələrlə çatdırır.
Rəsmi
Bakı istənilən
beynəlxalq gərginlik
və münaqişənin
ayrı-ayrı dövlətlərin
siyasi iddiaları, “ikili standartlar” əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların
qərar və qətnamələri əsasında
həllinin tərəfdarı
kimi çıxış
edir. Azərbaycan tərəfi dəfələrlə
bəyan edib ki, sülh danışıqlarına
sadiqdir. Ancaq işğalçı
Ermənistan danışıqlar
prosesində qeyri-konstruktiv
mövqe nümayiş
etdirir. Ölkə rəhbərliyi birmənalı
şəkildə bildirib
ki, sülh danışıqları nəticə
verməzsə, digər
vasitələrlə işğal
edilmiş bütün
torpaqlar azad olunacaq. Bu baxımdan
da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl
və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti
bu gün hərbi quruculuq prosesində müəyyən
dövlətlərin və
beynəlxalq təşkilatların
mütərəqqi təcrübəsini
mənimsəyir. Xüsusi vurğulamaq
lazımdır ki, müdafiə məqsədilə
ayrılan hərbi xərclərin ildən-ilə
artması, eləcə
də ölkədə
hərbi təyinatlı
məhsulların istehsalını
həyata keçirən
sənaye müəssisələrinin
yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir.
Azərbaycan müxtəlif xarici
ölkələrdən müasir
hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların
modernləşdirilməsini həyata keçirir.
Bu gün hər
bir vətəndaş
əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
altında üzərinə
düşən məsuliyyətli
missiyanın öhdəsindən
layiqincə gəlməyə,
torpaqlarımızı düşmən
işğalından azad
etməyə tam qadirdir.
Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər
tutaraq həyata keçirdiyi islahatlar nəinki daxili siyasətin, eyni zamanda paralel olaraq xarici siyasətin
daha da inkişaf
etdirilməsinə gətirib
çıxarıb. Bu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə
yeni-yeni nailiyyətlərin
əldə edilməsi
Azərbaycan Respublikasının
hüquqi dövlətdən
sosial dövlətə
keçidinin son mərhələsini
yaşamasını bir
daha sübut edir.
Elnur HACALIYEV,
Azərbaycan. - 2016.- 7 fevral.- S. 1.