Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 17 Bakı şəhəri,
28 yanvar 2016-cı il
“2016-2020-ci illər
üçün xroniki
böyrək çatışmazlığı
üzrə Tədbirlər
Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə
alaraq, xroniki böyrək çatışmazlığından
əziyyət çəkən
şəxslərin müalicəsinin
və həyat keyfiyyətinin yaxşılaşdırılması
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
“2016-2020-ci illər üçün
xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər
Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və digər aidiyyəti dövlət orqanları Tədbirlər
Proqramının həyata
keçirilməsini təmin
etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan. - 2016.- 7 fevral.- S.1.