Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 22
Bakı şəhəri,
28 yanvar 2016-cı il
“2016-2020-ci illər
üçün qanın,
qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
“Qanın, qan komponentlərinin donorluğu
və qan xidməti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 18
iyul tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
“2016-2020-ci illər üçün
qanın, qan komponentlərinin donorluğu
və qan xidmətinin inkişafına
dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və digər aidiyyəti dövlət orqanları Tədbirlər
Proqramının həyata
keçirilməsini təmin
etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 7 fevral.- S.1.