Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 25 Bakı şəhəri,
28 yanvar 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda
dəyişiklik edilməsi
haqqında
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 20
iyul tarixli 383 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
və Səhmdar Cəmiyyətinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.8-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹1, maddə 28; 2015, ¹ 6, maddə 785) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
1-ci hissəsi ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 9 fevral.- S.1.