Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 36
Bakı şəhəri,
5 fevral 2016-cı il
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 16 mart tarixli
484 nömrəli Fərmanının
3.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə razılaşdırmaqla
üç ay müddətində:
2.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratsın,
onların dislokasiyasını
və sayını müəyyən etsin;
2.2. tibbi-sosial ekspert komissiyalarının tərkibini,
ştat cədvəlini
və xərclər smetasını Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına
əsasən təsdiq
etsin.
3. Tibbi-sosial ekspert komissiyaları müvafiq olaraq Azərbaycan Respublikasının dövlət
büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi
hesabına maliyyələşdirilir.
4. Naxçıvan Muxtar
Respublikasının Nazirlər
Kabineti bu qərardan irəli gələn müvafiq tədbirlərin həyata
keçirilməsini təmin
etsin.
5. “Tibbi-sosial ekspert komissiyaları haqqında”
Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 2, maddə
160; 2001, ¹ 11, maddə 725, ¹ 12, maddə 803; 2003, ¹ 4, maddə
219, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 819, ¹ 10, maddə
903; 2008, ¹ 2, maddə 130, ¹ 8, maddə 787; 2010, ¹ 12, maddə
1123; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 449; 2012, ¹ 10, maddə
1013; 2013, ¹ 10, maddə 1198) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 10 fevral.- S.1.