Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyəti Moldovanın Kişinyov şəhərində işgüzar səfərdə olmuşdur

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Moldova Sənayeçiləri və Sahibkarları Milli Konqresi arasında əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti 1 və 2 fevral 2016-cı il tarixlərində Moldovada rəsmi səfərdə olmuşdur.

Nümayəndə heyəti Moldova Sənayeçiləri və Sahibkarları Milli Konqresinin prezidenti Vasili Tarlevlə, Konqresin Şura üzvləri, struktur bölmələrin rəhbərləri və Moldovanın bir qrup sahibkarı ilə görüşlər keçirmişdir.

Səfər çərçivəsində Moldova və Azərbaycanda ticarət evlərinin açılmasına dair niyyət protokolu imzalanmışdır.

Hazırda bizim ölkələrdə işlərin vəziyyəti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Moldova Sənayeçiləri və Sahibkarları Milli Konqresinin perspektivləri, birgə müəssisələrin yaradılması, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Moldova Sənayeçiləri və Sahibkarları Milli Konqresi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun hər iki ölkə biznes strukturlarının aktivliyinin artırılması yolları və 2016-cı ilə birgə fəaliyyət planları müzakirə olunmuşdur.

 

Azərbaycan. - 2016.- 10 fevral.- S.4.