“Azərişıq” ASC regionları
da nura qərq edir
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu
gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha da sürətlə inkişaf etməkdədir. Belə ki, son
on ildə ölkəmiz elektrik enerjisini idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilib. Ölkəmizdə
aparılan düzgün siyasi və iqtisadi strategiyanın nəticəsidir
ki, dünyada və regionda baş verən iqtisadi, sosial,
humanitar böhranlara baxmayaraq, ölkəmiz az
itkilərlə bu problemlərdən xilas ola bilib. Yeni iqtisadi reallıq, qloballaşan dünyanın
yeni çağırışları ölkə
başçısının səyləri nəticəsində
Azərbaycanda düzgün istiqamətləndirilib və
artıq beynəlxalq təsisatlar tərəfindən etiraf
edilib.
“Azərişıq”
ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin
mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli
təhlili aparılaraq ölkənin sosial-iqtisadi
inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul
edilmiş dövlət proqramlarına uyğun olaraq
istehlakçıların etibarlı, təhlükəsiz və
səmərəli elektrik enerjisi ilə təchiz edilməsi məqsədi
ilə bütün regionları əhatə edən 4 hissədən
ibarət “İnkişaf və Yenidənqurma Proqramı”
hazırlanaraq icrası uğurla həyata keçirilir.
Hazırda ölkəmizin bütün rayon mərkəzlərində,
qəsəbə və kəndlərində yararsız,
istismar müddəti başa çatmış
transformatorların yenilənməsi, müasir tipli
avadanlıqlarla təchiz edilməsi prosesi gedir. İlkin olaraq
ölkə üzrə komplekt transformator məntəqələri
(KTM) quraşdırılır ki, onlar həm
görünüşcə əvvəlkindən fərqlənir,
həm də böyük texniki üstünlüklərə
malik olmaqla yeni, müasir KTM-lərdir. Bu
işlərlə yanaşı, uzun illər istismar olunan
ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir,
açıq tipli, uzun müddət istismarda olduğu
üçün yararsız vəziyyətə
düşmüş və texniki parametrlərini itirmiş
alüminium naqillər özünüdaşıyan
izolyasiyalı naqillərlə (ÖİN) dəyişdirilir.
Bu tədbirlər on minlərlə abonentin
elektrik enerjisinə olan tələbatını
yaxşılaşdırmaqla bərabər, normadan artıq
elektrik enerjisi itkilərinin azaldılmasına və uçot
sisteminin daha təkmil şəkildə aparılmasına
müsbət təsir göstərir. Yeni
KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə
abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv
inkişaf istiqamətləri öyrənilir və gələcək
tələbata uyğun güc mərkəzləri
yaradılır. Bu güc mərkəzlərinin
qidalandırılması da yeni texnologiyalara əsaslanır.
Yeni güc mərkəzlərini qidalandırmaq
üçün hava elektrik verilişi xətlərinin yenilənməsi,
dayaqlar arasında olan məsafənin qısaldılması sahəsində
də lazımi tədbirlər görülür. Coğrafi və iqlim şəraiti nəzərə
alınaraq KTM-lərin quraşdırılmasında optimal qərar
qəbul olunur. Xüsusi rütubətli ərazilərdə
vaqon tipli məntəqələrdən imtina edilərək məxsusi
daş binalar tikilir. Bu da güc mərkəzlərinin
ömrünü uzatmış olur və keyfiyyətə xidmət
edir. Yeni quraşdırılan KTM-lər
istehlakçılar üçün yerlərdə
etibarlı, təhlükəsiz və dayanıqlı elektrik
enerjisinin ötürülməsinə tam təminat verir.
2015-ci ildə
Gədəbəy rayonunda 110/35/10 kV-luq 25+16 MVA gücündə
“Gədəbəy”, Şəki rayonunda 110/35/10 kV-luq 5,6 MVA
gücündə “Göynük”, Sumqayıt və Gəncə
şəhərində, eləcə də Xaçmaz, Quba,
Şabran, Qəbələ, Sabirabad, Goranboy, Daşkəsən
və Abşeron rayonlarında 18 ədəd 35 kV-luq yeni
yarımstansiyalar tikilərək istismara verilmişdir.
Keçən müddət ərzində regionlarda 63,8 km 110
kV-luq hava xətləri, 188,2 km 35 kV-luq kabel və 525,5 km hava xətləri,
142,5 km 6-10 kV-luq kabel və 2093,7 km hava xətləri, 149,7 km
0,4 kV-luq kabel və 1799,7 km hava xətləri, 1962,4 km
ÖİN çəkilmiş, 1144 ədəd KTM
quraşdırılmış, 2 ədəd TM əsaslı təmir
edilmişdir.
“2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı” çərçivəsində
“Azərişıq” ASC tərəfindən ardıcıl tədbirlər
həyata keçirilmişdir. Belə ki, Xəzər rayonunda
110/35/10 kV-luq 2x40 MVA gücündə “Buzovna-2”, Nəsimi
rayonunda 86 və 87 saylı, Nərimanov rayonunda 219 və 221
saylı 35 kV-luq yarımstansiyalar tikilmişdir. Şəhər
və qəsəbələrdə 17 ədəd TM tikilmiş
və elektrik avadanlıqları quraşdırılmışdır,
36 ədəd TM təmir olunmuş, 112 ədəd KTM
quraşdırılmışdır. Hesabat dövründə
20,8 km 110 kV-luq kabel və 0,8 km hava xətləri, 242,5 km 35
kV-luq kabel və 16,1 km hava xətləri, 532,5 km 6-10 kV-luq kabel
və 71,0 km hava xətləri, 366,2 km 0,4 kV-luq kabel və 352
km ÖİN xətləri çəkilmişdir.
2015-ci ildə
Bakı şəhərində I Avropa Oyunlarının
uğurla keçirilməsi üçün “Azərişıq”
ASC üzrə xüsusi tədbirlər planı
hazırlanmış, hər bir əməkdaşla xüsusi
hazırlıq işləri aparılmış, texniki
personalın peşəkarlıq səviyyəsinin yüksəldilməsi
və gözlənilməz hadisələrin operativ aradan
qaldırılması məqsədilə
proqramlaşdırılmış treninqlər təşkil
olunmuş, dəfələrlə yoxlama-sınaq işləri
aparılaraq 24 saatlıq növbətçilik rejimi
yaradılmışdır.
I Avropa
Oyunlarının keçiriləcəyi bütün məkanların,
xüsusən də Olimpiya Stadionunun, Heydər Əliyev
adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su
İdman Sarayının, Atletlər kəndinin,
Üzgüçülük Hovuzunun, Mingəçevir şəhərindəki
idman obyektlərinin, idmançıların və qonaqların
yerləşəcəyi çoxsaylı hotellərin,
onların istirahəti üçün nəzərdə
tutulmuş sosial təyinatlı obyektlərin, muzeylərin,
İçərişəhər Dövlət Qoruğunun ərazisindəki
infrastrukturların, parkların, küçələrin, fəvvarələrin
fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatı
yüksək səviyyədə təmin olunmuşdur.
Ümumilikdə
2015-ci il ərzində “Azərişıq” ASC tərəfindən
3 ədəd 110 kV-luq və 22 ədəd 35 kV-luq
yarımstansiya, 2 ədəd PQ və 17 ədəd TM
tikilmiş, 38 ədəd TM təmir olunmuş, 1256 ədəd
KTM quraşdırılmışdır. Hesabat dövründə
20,8 km 110 kV-luq kabel və 64,6 km hava xətləri, 430,7 km 35
kV-luq kabel və 541,6 km hava xətləri, 675,0 km 6-10 kV-luq
kabel və 2164,7 km hava xətləri, 515,9 km 0,4 kV-luq kabel və
1799,7 km hava xətləri, 2314,4 km ÖİN xətləri
çəkilmiş, 98223 ədəd dayaq basdırılmışdır.
Həmçinin ötən dövr ərzində 400,5 km 110
kV-luq, 2320,3 km 35 kV-luq, 21653 km 10-6 kV-luq, 1844,6 km 0,4 kV-luq hava xətlərində
əsaslı, 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və
7746 ədəd 10-6 kV-luq yarımstansiyalarda təmir işləri
aparılmışdır.
Bu müddət ərzində əhali və qeyri-əhali
istehlakçılara 184 217 ədəd sayğac
quraşdırılmış və ya dəyişdirilmişdir
ki, onlardan 14158 ədəd SMS tipli müasir sayğaclardır.
Abunəçilərin istehlak etdiyi enerji
haqlarının ödənilməsi internet resurslarından
istifadə etməklə, bank və poçt vasitəsi ilə,
həmçinin “APUS”, “Paypoint” və digər ödəniş
növləri vasitələri ilə həyata keçirilir. Bununla
yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə
məlumatların çatdırılması məqsədilə
telefonla xəbərdarlıq və kommersiya abonentləri
üçün “SMS” ilə xəbərdarlıq sistemləri
qurularaq tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində
2015-ci ildə elektrik enerjisinə görə Bakı şəhəri
üzrə 98,3 faiz, regional elektrik şəbəkələri
üzrə isə 86,6 faiz yığıma nail olunmuşdur.
“Azərişıq” ASC-nin Mərkəzi Dispetçer
xidmətində elektrik şəbəkəsinin məsafədən
idarə olunmasını təmin edən “SCADA” sistemi fəaliyyətdədir
və “SCADA” sistemi vasitəsilə elektrik şəbəkəsində
qurulan 32 ədəd yüksək gərginlikli
yarımstansiyaların və xətlərin məsafədən
idarə olunması təmin edilir. Dairəvi sxemə
daxil olan yarımstansiyaların məsafədən idarə
edilməsini həyata keçirmək məqsədilə optik
kabel çəkilərək istismara verilmişdir. Payız-qış mövsümünə
hazırlıq işləri çərçivəsində
şəbəkələrdə müvafiq tədbirlər həyata
keçirilmişdir. Elektrik şəbəkəsinin
daimi sabit işlək vəziyyətdə saxlanılması
üçün mütəmadi olaraq cari təmir və
profilaktik işləri görülmüşdür.
Bakı şəhərində və regionlarda 17 yeni ofis
binaları tikilmiş, 2 rayonda olan köhnə binalar əsaslı
təmir olunmuşdur. Yeni ofislərdə işçilərin səmərəli
fəaliyyəti üçün bütün texniki şərait
və iş otaqları, mebel dəstləri, kompüter
texnikası və internetlə təmin edilib. Fəaliyyət
otaqlarından başqa, burada işçilərə asudə
vaxtlarını keçirmək üçün yemək və
istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə
təchiz edilib.
Bütün bunlarla yanaşı, “Azərişıq”
ASC-də yeni texnologiyaların şəbəkəyə tətbiqi,
yüksək peşə hazırlığına malik gənc
kadrların hazırlanması işi davam etdirilir. Kadr
hazırlığında görülən işlərin davamı
olaraq bu ilin ilk ayından başlayaraq treninqlər təşkil
edilib. Treninqlər il boyu müxtəlif
istiqamətlərdə aparılır. Bunun
üçün “Azərişıq” ASC-nin yüksək səviyyədə
təmin edilmiş Tədris Mərkəzi fəaliyyət
göstərir. Tədris Mərkəzində
yerli mütəxəssislərlə yanaşı, xarici
ölkələrdən də peşəkarlar dəvət
olunur. Bizim məqsədimiz cəmiyyətimiz
üçün təcrübəli və yüksək
hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.
Elektrik enerjisi haqlarının ödənilməsində köhnə stereotiplərin aradan qaldırılması istiqamətində də “Azərişıq” ASC tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinə görə ödəmələri “Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa, internet üzərindən “azerishiq.az” saytı vasitəsilə “onlayn” rejimində də ödəmə aparıla bilər.
Artıq bir ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində abunəçilərimiz:
- Borcun olmamasına dair arayışın verilməsi
- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi
- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması
- Qeyri-əhali üzrə texniki şərtlərə dair müraciətlərin qəbulu
- Borcun araşdırılması xidmətlərindən yararlana bilirlər.
“Azərişıq” ASC “ASAN xidmət” mərkəzlərindəki xidmətlərinin sayını artıraraq Sumqayıt, Bərdə, Sabirabad və Gəncə “ASAN xidmət” mərkəzlərində də fəaliyyətini davam etdirir.
Bu yaxınlarda “Azərişıq” ASC-də 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair departament direktorları, idarə və şöbə rəisləri, habelə regional enerji təchizatı və satışı idarələri və onların strukturuna daxil olan rayon (şəhər) elektrik şəbəkələri rəislərinin iştirakı ilə geniş toplantı keçirdik. Toplantıda 2015-ci il ərzində görülən quruculuq işlərindən danışıldı, 2016-cı ildə qarşıda duran vəzifələr və konkret görüləcək işlər ətraflı müzakirə olundu. Qeyd edim ki, dünyada baş verən qlobal iqtisadi böhran şəraitində ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.
Əminliklə deyə bilərik ki, bir dövlət qurumu olaraq “Azərişıq” ASC də bu istiqamətdə öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. Ölkəmizin bütün istehlakçılarının fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində həyata keçirdiyimiz tədbirlər 2016-cı ildə də uğurla davam etdiriləcəkdir.
Baba RZAYEV,
“Azərişıq”
ASC-nin sədri
Azərbaycan. - 2016.- 10 fevral.- S.5.