Fransa portalında Azərbaycan
haqqında məqalə yayılıb
Fransanın
24heuresactu.com portalında Azərbaycan haqqında məqalə
yayılıb.
Məqalədə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda gedən proseslər barədə məlumat verilir. Avropa Şurası da daxil olmaqla, bir çox beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda ölüm hökmünün ləğv edildiyi, internetin hamı üçün tam azad olduğu diqqətə çatdırılır. Müəllif Azərbaycanın Cənubi Qafqaz regionunda Fransanın ilk iqtisadi tərəfdaşı olduğunu bildirir.
Azərbaycanda demokratiyanın sürətlə inkişaf etdiyinin vurğulandığı məqalədə qeyd edilir ki, bu ölkədə qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar. Dünyada ilk dünyəvi müsəlman dövlətlərindən biri olan Azərbaycanda qadınlara seçki hüququ hətta Fransadan da əvvəl, 1918-ci ildə verilib.
Müəllif ölkəmizdəki multikulturalizm ənənələrindən bəhs edərkən bildirir ki, Azərbaycan öz ərazisində müxtəlif dinlər arasında birgə fəaliyyəti və birgəyaşayışı daim təşviq edir.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
söhbət açılır, Ermənistanın işğal etdiyi Azərbaycan
ərazilərində qeyri-qanuni məskunlaşdırma
siyasəti apardığı bildirilir.
Müəllif əlavə edir ki, bu, beynəlxalq ictimaiyyətin
münaqişənin həlli ilə bağlı mövqeyinə
tamamilə ziddir. Münaqişə nəticəsində
bir milyondan atıq azərbaycanlı
öz ata-baba
torpaqlarından didərgin salınıb.
Azərbaycan.- 2016.- 10 fevral.- S.5.