Milli Paralimpiya Komitəsinin
yaradılmasından 20 il ötür
Azərbaycan Respublikası Milli
Paralimpiya Komitəsinin
yaradılmasından 20 il ötür.
1996-cı il fevralın 9-da Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib və İlqar Rəhimov qurumun prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Milli Paralimpiya Komitəsinin komandası
ilk dəfə 1996-cı ildə
Atlantada keçirilən
X Yay Paralimpiya Oyunlarında iki idmançı ilə təmsil olunub. 2000-ci il
Sidney Yay Paralimpiya Oyunları ərəfəsində
ümummilli lider Heydər Əliyevin idmançılarımızın Olimpiadaya yola salınması mərasimində
iştirakı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşməsi,
həmin ərəfədə
Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda
yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında Sərəncam imzalanması
ölkəmizin idman həyatında mühüm
uğurların qazanılmasına
təkan verdi. Həmin dövrdən ölkədə
paralimpiya hərəkatı
daha sürətli inkişaf yoluna qədəm qoydu.
2008-ci il avqustun
28-də Sumqayıtda Paralimpiya
İdman Kompleksinin açılış mərasimi
keçirilib. MDB məkanında ilk dəfə
olaraq, paralimpiyaçılar
üçün beynəlxalq
standartlara uyğun tikilən kompleks bu sahəyə göstərilən diqqətin
daha bir nümunəsi oldu. Təsadüfi deyil ki, açılış mərasimində
dövlətimizin başçısı
İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdilər.
Paralimpiyaçılarımız Azərbaycan
Prezidentinin onlara göstərdiyi diqqət və qayğını daim öz üzərində
hiss ediblər. Beynəlxalq yarışlarda
qələbə qazanmış
idmançılar, məşqçilər
Prezidentin sərəncamları
ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçıların sosial durumu yaxşılaşdırılır, onlar mənzillər, minik avtomobilləri ilə təmin edilirlər.
Hazırda Paralimpiya Komitəsi
yüzlərlə idmançını sıralarında birləşdirir.
Görülmüş məqsədyönlü
işlərin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin
idmançıları 1996-cı ildən başlayaraq
mühüm qələbələr qazanmaqda davam edirlər.
AZƏRTAC
Azərbaycan. - 2016.- 10 fevral.- S.6.