Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 27
Bakı şəhəri,
3 fevral 2016-cı il
“Azərbaycan Respublikasının ərazi
sularında sualtı mədəni sərvətlərin
sualtı mədəni
irs nümunələrinə
aid edilməsi Qaydası”nın
və “Sualtı mədəni irs nümunələrindən istifadə
Qaydası”nın təsdiq edilməsi barədə
“Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.12-ci və
1.1.13-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının
ərazi sularında sualtı mədəni sərvətlərin sualtı
mədəni irs nümunələrinə aid edilməsi
Qaydası” təsdiq edilsin (1 nömrəli
əlavə).
2. “Sualtı mədəni irs nümunələrindən
istifadə Qaydası”
təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli
əlavə
Azərbaycan Respublikasının
ərazi sularında sualtı mədəni sərvətlərin sualtı
mədəni irs nümunələrinə
aid edilməsi
Q A Y D A S I
1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respub-likasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun 34.1-ci maddəsinə
uyğun olaraq hazırlanmışdır və
Azərbaycan Respublikasının
ərazi sularında sualtı mədəni sərvətlərin sualtı
mədəni irs nümunələrinə aid edilməsi
qaydasını müəyyən
edir.
2. Sualtı mədəni irs nümunələrinə
öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan aşağıdakı
mədəni sərvətlər
aiddir:
2.1. obyektlər, tikililər və onların qalıqları,
artefaktlar və paleontoloji qalıqlar;
2.2. gəmilər, uçuş və nəqliyyat vasitələri
və ya onların hissələri,
yükü və içərisindəki digər
əşyalar;
2.3. qədim tarixi
əşyalar.
3. Suyun dibi ilə
çəkilmiş kabellər,
boru kəmərləri
sualtı mədəni
sərvətlərin sualtı
mədəni irs nümunələrinə
aid edilmir.
4. Azərbaycan Respublikasının
ərazi sularında sualtı mədəni sərvətlərin sualtı
mədəni irs nümunələrinə
aid edilməsi Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
ekspertiza yolu ilə müəyyən edilir.
5. Sualtı mədəni sərvətlərin mühafizə
olunan mədəni sərvətlərin siyahısına
daxil edilməsi daşınmaz mədəni
sərvətlər üzrə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti, digər mədəni sərvətlər üzrə
isə Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən həyata
keçirilir.
6. Mühafizə olunan mədəni sərvətlərin
siyahısına daxil edilmiş sualtı mədəni sərvətlərin
hər birinə Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən şəhadətnamə
verilir.
7. Sualtı mədəni irs nümunələrinin qorunması və bərpası Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni
irs nümunələrinin
qorunması, bərpası
və istifadəsi Qaydası”na uyğun həyata keçirilir.
8. Mühafizə
dərəcəsi olan
sualtı mədəni
irs nümunələrinin
istifadəçisinin Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri
mühafizə müqaviləsi
ilə müəyyən
olunur.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 3 fevral tarixli 27 nömrəli qərarı
ilə təsdiq edilmişdir
2 nömrəliəlavə
Sualtı mədəni
irs nümunələrindən
istifadə
Q A Y D A S I
1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respub-likasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun 34.3-cü maddəsinə
uyğun olaraq hazırlanmışdır və
sualtı mədəni
irs nümunələrindən
istifadə qaydasını
müəyyən edir.
2. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi
sularında sualtı mədəni sərvətlərin
sualtı mədəni
irs nümunələrinə
aid edilməsi Qaydası”na
uyğun olaraq müəyyən edilir.
3. Azərbaycan Respublikasında
sualtı mədəni
irs nümunə-lərindən
istifadə hüququ “Mədəniyyət haqqında”
Azərbaycan Respublikası
Qanununun 20.2-ci və
32-ci maddələrinə uyğun
olaraq dövlət tərəfindən təmin
edilir.
4. Sualtı mədəni irs nümunələri
Azərbaycan Respublikasının
milli mədəniyyət
əmlakının Dövlət
Siyahısına və
mədəni sərvətlərin
mühafizə siyahısına
daxil edildikdənsonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.
5. Dövlət
sualtı mədəni
irs nümunələrindən
turizm, elm və təhsil məqsədləri
üçün istifadəyə
şərait yaradır.
6. Sualtı mədəni irs nümunələrindən istifadə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli
266 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında mədəni irs
nümunələrinin qorunması, bərpası və istifadəsi
Qaydası”na uyğun olaraq
həyata keçirilir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 11 fevral.- S.1.