Marqot Vallström:
Azərbaycan cəmiyyətində qadınlar mühüm
rola malikdirlər
Milli
Məclis sədrinin müavini Bahar Muradova fevralın 10-da
İsveçin xarici işlər naziri xanım Marqot
Vallström ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycan cəmiyyətində, dövlət siyasətində qadın amilinə hər zaman böyük diqqət yetirildiyini söyləyib. O, ölkə həyatının bütün sahələrində, eləcə də parlamentdə təmsil olunan qadınların əldə etdikləri nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan Milli Məclisinin deputatlarından 20-si qadındır. Bahar Muradova Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkənin məhz Azərbaycan olduğunu deyib.
Azərbaycanda qanunların gender aspektinə xüsusi diqqət göstərildiyini deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, cəmiyyətdə əldə olunan nailiyyətlərin bir çoxu qadınların bu prosesdə iştirakının nəticəsidir.
Marqot Vallström Azərbaycana ölkəmizin dostu olaraq səfər etdiklərini deyib. O, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalandığını xatırladıb. Qeyd edib ki, bu sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacaq. Nazir Konvensiyanın iki ölkə sahibkarları üçün faydalı olacağına əminliyini ifadə edib.
Marqot Vallström
Şərqdə qadınlara ilk səsvermə
hüququ verən ölkə kimi Azərbaycanda qadınların cəmiyyətdə
rolunun mühüm olduğunu deyib. O, eyni zamanda, İsveçin
gender bərabərliyi sahəsində gördüyü işlərdən
danışıb. Nazir dünyada
gedən sülh danışıqları
prosesində qadınların iştirakının vacibliyini vurğulayıb.
AZƏRTAC
Azərbaycan. - 2016.- 11 fevral.- S. 2.