“İrəvan
xanlığı” və “Böyük Ermənistan”
uydurması” kitabları ispan dilində çap olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov
adına Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış
“İrəvan xanlığı:
Rusiya işğalı
və ermənilərin
Şimali Azərbaycan
torpaqlarına köçürülməsi”
(“El kanato de Iravan: La ocupacion de Rusia y la reubicacion de los armenios hacia las tierras
al norte de Azerbaiyan”) və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” (“Hıstorıa
real y la confabulacionsobre la “Gran Armenia”) kitabları ispan dilində çap olunub.
Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, hər iki kitab Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin təşəbbüsü ilə tərcümə və nəşr edilib. Kitabların Latın Amerikası ölkələrində yayılması nəzərdə tutulub.
“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü Y.Mahmudovdur. Kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi, mədəniyyəti, xarici siyasəti, Rusiya imperiyasının işğalçılıq planları, İrəvan xanlığının Rusiya imperiyası tərəfindən ələ keçirilməsi, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi köçürülmələri, xanlığın ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi dəyişdirilməsi, müasir vandalizm, tarixi adlara qarşı soyqırımı və digər bölmələr vardır.
“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabının elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyevdir. Bu nəşrdə ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxıblar. Kitabda uydurma “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” coğrafi anlayışını da daxil ediblər.
“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi” kitabı bundan
əvvəl ingilis, rus,
rumın və italyan dillərində, “Real tarix və “Böyük Ermənistan” uydurması”
kitabı isə ingilis və rus dillərində çap
olunub.
Azərbaycan. - 2016.- 11 fevral.- S. 7.