ATƏT PA-nın
baş katibi Milli Məclis sədrinin müavininə təşəkkür
məktubu ünvanlayıb
Bu
günlərdə ATƏT Parlament Assambleyasının baş
katibi Roberto Montella Milli Məclisin təşkilatdakı
nümayəndə heyətinin rəhbəri, parlament sədrinin
müavini Bahar Muradovaya təşəkkür məktubu
ünvanlayıb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda R.Montella onun təşkilatda baş katib kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrikə görə minnətdarlıq bildirir, bu vəzifədə nümayəndə heyətinə, eləcə də qurumun bütün üzvlərinə dəstək olacağını ifadə edir.
Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycan ilə əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini diqqətə çatdırır.
Təşəkkür məktubunda bildirilir ki, təşkilatın
sədri İlkka Kanevra
tərəfindən bu yaxınlarda Kristian Vigenin
Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. Baş katib yeni nümayəndənin
region üçün
mühüm əhəmiyyət
daşıyan məsələlərin həllində səylərini
əsirgəməyəcəyinə və bu
işi daha da canlandıracağına əminliyini ifadə
edir.
Azərbaycan. - 2016.- 12 fevral.- S. 2.