Azərbaycan Prezidenti İlham Əliyev
“Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru
ilə görüşüb
Fevralın 12-də Münxendə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin “Goetzpartners” şirkətinin
sahibi və icraçı direktoru
Stefan Qötz ilə görüşü olub.
Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.
Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söylədi. Prezident İlham Əliyev “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət etdi.
Stefan Qötz dəvətə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 13 fevral.- S. 1.