Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ müdafiə katibinin kəşfiyyat
üzrə müavini ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 12-də Münxendə
ABŞ müdafiə katibinin
kəşfiyyat üzrə
müavini Marsel Lettre ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 13 fevral.- S. 2.