Prezident İlham Əliyevin “Kaspersky Lab” şirkətinin
sahibi və icraçı direktoru
ilə görüşü
Fevralın 12-də Münxendə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin “Kaspersky Lab” şirkətinin
sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü
olub.
Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olundu. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 13 fevral.- S. 2.