Sahibkarlıqla bağlı problemlərin həllini sürətləndirəcək qanun layihəsi ikinci oxunuşdan keçdi

 

Fevralın 12-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sözü “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” danışmaq üçün ədliyyə nazirinin müavini Vilayət Zahirova verdi.

V.Zahirov məruzəsində qeyd etdi ki, keçən il vətəndaşlardan daxil olan 2 093 müraciətə baxılıb. Müraciətlərdən 107-si tam, 20-si isə qismən təmin olunub. Daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb. Ümumilikdə 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib ki, onlardan 3-ü korrupsiya faktlarını özündə əks etdirib. Ötən il bələdiyyələrdən daxil olan aktların sayında əvvəlki illərlə müqayisədə 11,6 faiz azalma qeydə alınıb. 2015-ci ildə qanunsuz torpaq satışı olmayıb. Lakin bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı 4 müraciət daxil olub. Həmin faktlar təsdiqini tapıb və hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara təqdim olunub. Keçən il rüşvətlə bağlı yalnız bir fakt qeydə alınıb. Ötən il verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1169 akt ləğv edilib, 531 akt dəyişdirilib, digərlərinə isə baxılır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 19 iddia qaldırılıb. Bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb. Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır.

Məruzəçi bildirdi ki, sonuncu seçkilərdə yenilənmiş bələdiyyə üzvlərini maarifləndirmək üçün 125 tədbir təşkil olunub. Bölgələrdə keçirilən kurslar və təlimlər üçün yeni tədris proqramları hazırlanıb, aktual mövzular üzrə metodik vəsaitlər nəşr edilib. 24 birgə tədris kursunda 940 nəfər bələdiyyə üzvüqulluqçusu əhatə olunub. Yerli özünüidarə orqanlarında şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması, vergi və ödənişlərin yığılması, əmək qanunvericiliyis. məsələlərlə bağlı 5 min 90 nəfəri əhatə edən 84 seminar, o cümlədən Naxçıvan MR-də 931 bələdiyyə üzvünüqulluqçusunu əhatə edən 17 seminar keçirilib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məruzəyə münasibət bildirdi. Dedi ki, Ədliyyə Nazirliyi və Bələdiyyələrlə İş Mərkəzi bələdiyyə sistemi sahəsində xeyli təkmilləşdirmə işi həyata keçirib. Bununla belə, bu sferada müəyyən problemlər hələ də qalmaqdadır. Onun sözlərinə görə, xüsusən də dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi artırılmalıdır.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, parlament bələdiyyələrin sərbəst fəaliyyəti üçün müxtəlif qanunlar qəbul edib. Amma bu qanunların icrasına nəzarət etmək lazımdır. Bu istiqamətdə bələdiyyələr özləri də hərəkət etməlidirlər. Eyni zamanda, onlara səlahiyyətlərini yerinə yetirmək üçün şərait yaradılmalıdır ki, vergiləri də yığa bilsinlər. Bu sahəyə diqqət artırılmalıdır.

Müzakirələr zamanı deputatlardan Fazil Mustafa, Azər BadamovZahid Oruc bələdiyyələrin fəaliyyəti və problemlərindən çıxış yolları barədə təkliflər səsləndirdilər. Sonra məruzə səsə qoyularaq təsdiq edildi.

İclasın gündəliyində olan “Azərbaycan Respublikası PrezidentininBelarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” müqavilənin və onun proqramının təsdiq edilməsi barədə qanun layihələrini isə deputat Sahibə Qafarova təqdim etdi. Bildirdi ki, sözügedən sənədlərin qəbul edilməsi Azərbaycanla Belarus Respublikası arasında əlaqələri möhkəmləndirəcək. Hər iki sənəd ayrılıqda qəbul edildi.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, sənədə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər dəyişdirilir. Belə ki, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan) sürücülər buraxılır. Həmçinin “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan) sürücülər avtobuslarla sərnişin daşımalarına buraxılır. Əvvəlki qanunda isə “D” kateqoriyası üçün yaş həddi 21 müəyyən edilmişdi.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev dedi ki, Bakı şəhərində avtobusları idarə edən şəxslərin peşəkarlıq səviyyəsi çox aşağıdır. Bəzilərinin hətta sürücülük vəsiqələri belə yoxdur. Ona görə də bu sahədə çox ciddi, kompleks şəkildə təkmilləşdirmə işlərinə ehtiyac var. Bu baxımdan qanun layihəsinə edilən dəyişikliklər mühümdür, amma bunların icrasına nəzarət etmək daha vacibdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da qanun layihəsinə təklif olunan dəyişikliyi müsbət qiymətləndirdi. Bildirdi ki, sürücülərin yaş həddinin artırılmasının tərəfdarıdır. O, bunu avtobus sürücülərinin səriştəsizliyi ilə əlaqələndirdi. S.Novruzov bu sahədə Naxçıvan Muxtar Respublikasının təcrübəsini misal çəkdi. Vurğuladı ki, Naxçıvan MR-də ayda bir dəfə həm avtobus, həm də taksi sürücüləri Avtomobil Müfəttişliyinə çağırılaraq təlimatlandırılırlar.

Deputatlardan Çingiz Qənizadə və Azər Badamov layihə barədə fikirlərini bildirdilər. Sonra qanun layihəsi qəbul edildi.

İclasın gündəliyində olan digər məsələ - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında isə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Bildirdi ki, dəyişiklik redaktə xarakterlidir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd etdi ki, bələdiyyələrin birləşdirilməsi prosesi davam etməlidir. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və üzvlərinin sayı çoxdur, bunun azaldılması vacibdir. Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Elə kəndlər var ki, bələdiyyə üzvü seçməyə adam tapa bilmirlər. Bəzən isə 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçilir. Bu məsələ diqqətdə saxlanılmalıdır. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Lisenziyalar və icazələr haqqında” qanun layihəsini təqdim edən Ziyad Səmədzadə bildirdi ki, sənədin qəbul edilməsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcək. Prezidentin sahibkarlıqla bağlı qarşıya qoyduğu məsələlərin həllini sürətləndirəcək. Qanun layihəsi Azərbaycan Respublikasında hüquqifiziki şəxslər tərəfindən ayrı-ayrı fəaliyyət növlərinin və hərəkətlərin (tədbirlərin) həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) və icazə verilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Bildirildi ki, qanun layihəsində müəyyənləşdirilən müddətdə icazə verən orqan sahibkarların müraciətlərini cavablandırmırsa, lisenziya avtomatik olaraq verilmiş hesab edilir. Bununla əlaqədar qanun layihəsinə yeni müddəa əlavə edilib. Bununla da, hər hansı yoxlayıcı orqan sahibkarı yoxlayanda lisenziyanın olub-olmadığını birbaşa elektron portaldan yoxlaya biləcək.

Deputatlardan Aydın Mirzəzadə, Fazil Mustafa, Şəmsəddin Hacıyev və Bəxtiyar Əliyev çıxış edərək qeyd etdilər ki, qanun layihəsi azad sahibkarlığın inkişafında mühüm rol oynayacaq. Layihə fəsil-fəsil təsdiq edildikdən sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

SondaAntidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi birinci oxunuş üçün müzakirəyə təqdim edildi. Layihə barədə danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci və 26-cı bəndlərinə uyğun olaraq, zərərvurma təhlükəsi yaradan dempinqliyaxud subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuranyaxud ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiyaxüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.

Deputatlar Çingiz Qənizadə, Zahid Oruc, Musa QuliyevRauf Əliyev layihənin konseptual hazırlandığını qeyd etməklə onun əhəmiyyətindən danışdılar. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Bununla da, Milli Məclisin iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2016.- 13 fevral.- S. 2.