Azərbaycan, Rusiya və Türkiyə məktəbləri
arasında “Qardaşlaşma Sazişi” imzalanıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə həyata keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində fevralın 13-də Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimində iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Bakının 189 və 190 nömrəli məktəblərində də olublar.
Sonra Bakı Slavyan Universitetinin (BSU) akt zalında “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimi keçirilib. Sazişi Rahilə Abbasova (Bakı şəhəri, 189 nömrəli məktəb), Aleksandr Drozdov (Moskva şəhəri, ingilis dilli təmayüllü 1273 nömrəli məktəb), Yonca Acun (Ankara şəhəri, Heydər Əliyev adına ibtidai məktəb), Kamran Əliyev (BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi) imzalayıblar.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini
məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev tədbir
iştirakçılarını ürəkdən salamlayaraq, onları “Qardaşlaşma
Sazişi”nin
imzalanması münasibətilə təbrik edib.
O deyib:
“Azərbaycan Prezidenti
2016-cı ili “Multikulturalizm
ili” elan edib. Bu, bütün
dünyaya Azərbaycan
xalqının mərhəmət,
şəfqət, insana
məhəbbət hissi
kimi multikultural dəyərləri bu günədək saxladığı
və bundan sonra da qoruyub
saxlayacağı barədə
bir çağırış
oldu”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli
mərasim iştirakçılarını təbrik
edib.
Tədbirin
bədii hissəsində BSU-nun məzunu, “Eurovision-2011”
müsabiqəsinin qalibi Eldar Qasımov çıxış
edib.
Azərbaycan. - 2016.- 14 fevral.- S.5.