Tovuz şəhər 7 saylı
körpələr evi-uşaq
bağçasının açılışı olub
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən
Tovuz şəhər 7 saylı körpələr evi-uşaq
bağçasının fevralın 16-da
açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı icrasına başladığı layihələr mühüm əhəmiyyətə malikdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin sonlarında başlanılıb və tikinti işləri yüksək səviyyədə icra olunub. Bağça 100 yerlikdir. Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.
Prezident İlham
Əliyevə məlumat verildi ki, ikimərtəbəli binada
uşaqların təlim-tərbiyəsi və gələcəyin
sağlam vətəndaşları kimi yetişmələri üçün
hər cür şərait
yaradılıb. Burada müasir
təlim-tərbiyə qaydalarına riayət olunmaqla
beş qrup fəaliyyət
göstərəcək. Bağçada
uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Balacaların ilk yaşlarından intellektual,
fiziki və əqli inkişafı,
onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla
ünsiyyətin qurulması diqqət mərkəzində
saxlanılacaq. Bu məqsədlə müasir otaqlar
yaradılıb, bütün zəruri ləvazimat
və təlim avadanlığı ilə təchiz olunub. Uşaqların qidalanması da diqqətdə saxlanılacaq. Burada 35 nəfərin işlə təmin edilməsi
nəzərdə tutulub.
Bağçanın ərazisində əyləncə
meydançaları yaradılıb, attraksionlar
quraşdırılıb.
AZƏRTAC
Azərbaycan. - 2016.- 17 fevral.- S.1.