Azərbaycan ilə
Qazaxıstan arasında ənənəvi dostluq
və strateji tərəfdaşlıq
münasibətləri mövcuddur
Fevralın
16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
ölkəmizə səfərə gəlmiş Qazaxıstan
Respublikası Baş nazirinin birinci müavini Bakıtjan
Saqintayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasizadə birgə iqtisadi, enerji, nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb. Baş nazir xüsusən nəqliyyat və energetika istiqamətlərində işbirliyinin genişləndirilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb.
Səfər müddətində Bakıda fəaliyyətdə olan və Ələtdə tikilən yeni dəniz limanlarını gəzərək görülən işlərlə, dəniz nəqliyyatı vasitəsilə ticarət və yüklərin daşınması sahəsində potensial imkanlarla yaxından tanış olduğu barədə məlumat verən Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev regionun lider dövlətinə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da intensivləşdirilməsinin labüdlüyü fikrinə şərik olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə
Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da geniş
fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan. - 2016.- 17 fevral.- S. 5.