“Gəncə -
2016-cı il Avropa Gənclər
paytaxtı” parkında yaradılan şəraitlə
tanışlıq
Fevralın
17-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər
paytaxtı” parkında yaradılan şəraitlə
tanış olub.
Gəncə artıq qitə əhəmiyyətli şəhərlərdən birinə çevrilib. Bu baxımdan şəhərin “2016-cı il Avropa Gənclər paytaxtı” elan olunması təsadüfi deyil. Bununla bağlı həyata keçirilən tədbirlər sırasında “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkının inşası mühüm yer tutur.
Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə
başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Park şəhərin daxili imkanları hesabına inşa olunub. Ümumi sahəsi 1,8 hektar olan
parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq
zolaqları salınıb.
Parkın mərkəzində hündürlüyü 5 metr
olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət
guşəsini zövqlü
formalarla zənginləşdirib.
Gəncənin 2016-cı ildə “Avropanın Gənclər paytaxtı” olması ilə bağlı burada xüsusi kompozisiya da quraşdırılıb.
AZƏRTAC
Azərbaycan. - 2016.- 18 fevral.- S.5.