Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Fevralın 17-də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının iclasında
iştirak etmək üçün fevralın
18-də Bakıya gələ
bilməyəcək.
Dövlətimizin başçısı Ankarada törədilmiş
terror aktını qətiyyətlə
pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident
Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.
Prezidentlər Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının iclasının keçirilməsinin
vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə
razılığa gəliblər.
Azərbaycan. - 2016.- 18 fevral.- S.1.