“Diplomatik
xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 567; 2002, ¹ 12, maddə 703; 2004, ¹ 6, maddə 414; 2005, ¹ 10, maddə 873; 2008, ¹ 3, maddə 155; 2009, ¹ 6, maddə 399; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 4, maddə 365; 2015, ¹ 10, maddə 1084) aşağıdakı dəyişikliklər edilsin:
1.14.1-ci maddənin birinci
abzası ləğv edilsin.
2.14.3-cü
maddədə “attestasiyanın
keçirilməsi qaydaları
Azərbaycan Respublikasının
müvafiq qanunvericilik
aktları ilə müəyyən edilir” sözləri “attestasiya Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2015-ci il
Azərbaycan. - 2016.- 18 fevral.- S. 8.