“Atəşkəs”
sənədli filmi Azərbaycan dilində ilk dəfə nümayiş
olunub
Macar və Azərbaycan jurnalistlərinin
Qarabağ həqiqətlərindən bəhs
edən birgə işi dünyaya
sülh mesajıdır
Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin çəkilişi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən reallaşdırılıb. Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən BAMF-ın sədri Umud Mirzəyev film haqqında ətraflı məlumat verib. Bildirilib ki, iki il müddətinə ərsəyə gələn film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Ekran əsərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün ayrı-ayrı mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən xalqımızın tarixi-mədəni irsi və ənənələri, digər kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, soyqırımları, Qarabağ müharibəsinin törətdiyi fəlakətlər, Xocalı faciəsi filmin leytmotivini təşkil edir.
Macar Turan Fondunun sədri Andros Bironun ssenarisi əsasında çəkilən
filmin direktoru Qabor Szabodur. Film 2015-ci ilin
dekabrında Budapeştdə
macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub. Filmin premyerasında Macarıstan
Parlamentinin spikerinin baş müşaviri, deputatlar, hökumət nümayəndələri, tanınmış
ictimai-siyasi xadimlər,
elm adamları, jurnalistlər
iştirak ediblər.
Diqqətə çatdırılıb ki,
ekran əsəri Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə BAMF tərəfindən
Azərbaycan dilinə
dublyaj edilib. Sənədli
film Avropada nümayiş
olunması nəzərdə
tutulan tarixi, mədəni, etnokulturoloji
faktlarla zəngin ilk yaradıcılıq məhsuludur.
Sonra film nümayiş
olunub.
Qarabağ həqiqətlərindən bəhs
edən filmdə Azərbaycanın müasir
tarixinə dair faktlar, eləcə də işğal nəticəsində doğma
yurdlarından köçkün
düşən insanların
acı həyatı əksini tapıb. Filmə işğaldan
əvvəl Dağlıq
Qarabağda yaşayan
azərbaycanlıların həyat
tərzindən, Şuşada
keçirilən toy mərasimlərindən
ilk dəfə olaraq unikal kadrlar daxil edilib. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli
ilə bağlı fikir və rəyləri,
həmçinin bu hadisələrin canlı şahidlərinin ifadələri
yer alıb.
Böyük maraqla qarşılanan filmin təqdimatından sonra Macar Turan
Fondunun sədri Andros
Biro Azərbaycan və
macar xalqlarının
dostluq əlaqələrindən
söz açıb. Filmin dünyaya
bir mesaj olduğunu söyləyən
fondun sədri bildirib ki, ekran
əsərində əksini
tapan hadisələr insanlığın faciəsidir.
Avropada
ilk dəfə Azərbaycan
xalqının faciələrini,
əsl həqiqətləri
sənədli filmdə
toplayaraq dünyaya çatdırmasından qürur
duyduğunu söyləyən
Andros Biro bundan sonra da əməkdaşlığı
davam etdirəcəyini
bildirib.
Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının sədri,
Milli Məclisin deputatı Azay Quliyev sənədli filmin “İşğalın
qurbanı” layihəsi
çərçivəsində çəkildiyini diqqətə
çatdıraraq bu işdə əməyi olan hər kəsə
minnətdarlıq edib.
Vurğulayıb ki, dünyaya
həqiqətən bir
sülh mesajı olan film çox uğurlu alınıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov çıxış edərək
deyib ki, bu gün sonsuz
kədər və məyusluq doğuran hadisələrin xronologiyasını
yenidən xatırladıq. Belə
ki, 24 il
bundan əvvəl bəşəriyyət insanlığa
qarşı indiyədək
törədilmiş cinayətlər
sırasında özünün
bütün əlamətlərinə
görə xüsusi qəddarlıqla müşayiət
olunan Xocalı faciəsinə şahidlik
etdi. Çox təəssüf ki, şahidlik etdi və susdu.
Əli Həsənov deyib: “Xocalı faciəsindən
24 il keçməsinə
baxmayaraq, bununla bağlı həqiqətləri,
real faktları, törədilmiş
faciənin miqyasını
və ümumiyyətlə,
bir xalqa qarşı törədilmiş
etnik soyqırımının
bütün dəhşətlərini
yalnız son illərdə
bəşəriyyətə çatdıra bilmişik.
Azərbaycan xalqına qarşı
bu soyqırımını
indiki Ermənistana rəhbərlik edən bəzi siyasətçilər,
o cümlədən Ermənistan
prezidenti də daxil olmaqla, Cənubi Qafqazda separatçılıq hərəkatını
başlayan bir qrup həyata keçirib. Biz, əlbəttə, bu həqiqətləri dünyaya
çatdırmaqla heç
də Azərbaycan xalqında, tərəqqipərvər
bəşəriyyətdə erməni xalqına nifrət aşılamaq məqsədi güdmürük.
Biz erməni xalqını
bu gün də düşmənimiz
saymırıq. Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə
gələn bugünkü
cinayətkar Ermənistan
rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır”.
Xocalı faciəsinə, 20 Yanvar qırğınına və
digər bu kimi hadisələrə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra
siyasi qiymət verildiyini xatırladan Əli Həsənov qeyd edib ki,
Cənubi Qafqazda tarix boyu çox
qarşıdurmalar olub. Bu ərazilərə yiyələnmək
üçün ayrı-ayrı
imperiyalar müharibələr
aparıb. Lakin heç
bir imperiya, heç bir dövlət ermənilərin
burada törətdikləri
vəhşiliklərə yol
verməyib, bir gecənin içərisində
yüzlərlə dinc
insanı bu cür amansızlıqla qətlə yetirməyib.
Soyqırımı siyasətini Cənubi
Qafqaza ermənilər
gətiriblər. Onlar bütün
dövrlərdə xalqları
bir-birinə qarşı
qaldıraraq bundan öz siyasi və hakimiyyət ambisiyaları məqsədilə
istifadə ediblər.
Prezident Administrasiyasının rəsmisi
vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə
beynəlxalq tribunalardan
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminə
və onun fəsadlarına qiymət
verib. Ermənilərin Azərbaycan torpaqlarını
işğal etməsi
və sivil dünyaya meydan oxuyaraq bu gün
bəşəriyyətin iradəsinə
qarşı çıxması
tendensiyasını dünyaya
çatdırıb.
BMT Təhlükəsizlik Şurasının münaqişə
ilə bağlı 4 qətnaməsinə Ermənistanın
neçə illərdir
məhəl qoymadığını
bildirən Əli Həsənov bunu qurumun dünyada hələ də həqiqət axtarışlarına
lazımi dəstək
verə bilməməsi
kimi dəyərləndirib. Təəssüflə
qeyd edib ki, BMT-nin də
bilavasitə iştirakı
ilə yaranan Minsk qrupu, eləcə də ATƏT Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə ikili
standartlar çərçivəsində
yanaşmaqda davam edir, haqqı nahaqdan ayırmır.
“Bütün bunların
nəticəsidir ki,
biz Dağlıq Qarabağ
faciəsinin nəticələrini
aradan qaldıra bilmirik. 24 ildir ki, biz öz ev-eşiyindən, yurdundan,
yuvasından didərgin
salınmış Azərbaycan
vətəndaşlarını öz doğma yurd-yuvasına qaytara bilmirik. Bunun da fəsadları,
gördüyünüz kimi,
bu gün həm regionu, həm də Avropanı və dünyanı bürüyür.
Bu gün Avropada,
dünyada yaranan böyük münaqişələrin,
separatçı hərəkətlərin,
insanlıq faciələrinin
çoxunun təməlində
məhz Cənubi Qafqazda alovlanan etnik separatizm və buna ikili
standartlar çərçivəsində
yanaşma dayanır.
Odur ki, biz - Azərbaycan dövləti,
vətəndaş cəmiyyəti
institutları bu istiqamətdə fəaliyyətimizi
davam etdirməliyik”, -
deyə Əli Həsənov bildirib.
Əli Həsənov son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
başlayan “Xocalıya
ədalət” beynəlxalq
kampaniyası çərçivəsində
görülən işlərdən
söz açıb və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edib ki, təqdim
olunan ekran əsəri də məhz bu istiqamətdə
aparılan işlərə
bir dəstəkdir.
Filmin ərsəyə
gəlməsində əməyi
olanlara minnətdarlığını
bildirən Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov ekran əsərinin əhəmiyyətindən danışıb,
yaradıcı kollektivin
real həqiqətlərə söykənən sülhə
çağırış ideyasını yüksək
qiymətləndirib.
Sonda filmin hazırlanmasında xüsusi
əməyi olan Macar Turan Fondunun
sədri Andros Biroya və BAMF-ın sədri Umud Mirzəyev Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının diplomları
təqdim olunub.
AZƏRTAC
Azərbaycan. - 2016.- 18 fevral.- S.9.