Yazıçı-dramaturq Hüseynbala Mirələmov “Beynəlxalq Qızıl UlduzTürk dünyasına xidmət medalı” ilə təltif olunub

 

Milli Məclisin deputatı, yazıçı-dramaturq, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDUEA) qərarı ilə “Beynəlxalq Qızıl UlduzTürk dünyasına xidmət medalı” ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, H.Mirələmov bu yüksək mükafata türk dünyasında ədəbiyyatın, elmin və təhsilin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. İndiyə qədər bu mükafat türk dünyasının bir çox tanınmış simalarına təqdim edilib.

TDUEA türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılmış beynəlxalq bir qurumdur. Akademiya yarandığı ilk gündən indiyə qədər dünyanın 30-dan artıq ölkəsinin universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri və qurumları ilə əlaqə qurub.

Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, Almaniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Çin və digər ölkələrdə rəsmi təmsilçiləri fəaliyyət göstərir.

İnanırıq ki, son illər “Heydər Əliyev”, “İlham Əliyev: tərcümeyi-hal davam edir”, “Zərifə Əliyeva”, “Missiyapublisistik, “Yanan qar”, “Cəza”, “Gəlinlik paltarı”, “40-cı qapı”, “Sonuncu fateh” nəsr və “Xəcalət”, “Gəncə qapıları” dram əsərləri ilə Azərbaycan, o cümlədən türk ədəbiyyatına töhfələr vermiş yazıçı-dramaturq Hüseynbala Mirələmovun belə bir yüksək mükafata layiq görülməsi onun çoxsaylı oxucularını da sevindirəcək.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 18 fevral.- S.12.