Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli
391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport
almaq hüququ olan vəzifəli şəxslərin
siyahısı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nı “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 172; 2012, ¹ 2, maddə 68, ¹ 5, maddə 426, ¹ 9, maddə 851, ¹ 12, maddə 1248; 2013, ¹ 9, maddə 1063; 2014, ¹ 9, maddə 1033) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.2-ci bəndindən “mərkəzi” sözü çıxarılsın və “Naxçıvan Bölməsində” sözləri “Naxçıvan və Gəncə bölmələrində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 fevral 2016-cı il
Azərbaycan. - 2016.- 19 fevral.- S. 3.