“Birləşmiş
Millətlər Təşkilatının malların beynəlxalq
alqı-satqısına dair müqavilələr
haqqında Konvensiyası”na qoşulmaq barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na müvafiq bəyanatla qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2016-cı il
Azərbaycan. - 2016.- 19 fevral.- S.2.