Azərbaycanın
xarici işlər naziri
Gürcüstana yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə yola düşüb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın
19-da Tbilisi şəhərində
keçiriləcək beşinci
üçtərəfli görüşündə iştirak etməkdir.
AZƏRTAC
Azərbaycan. - 2016.- 19 fevral.- S. 4.