Mövlud Çavuşoğlu:
Azərbaycan və Türkiyə beynəlxalq aləmdə
birlikdə hərəkət edirlər
Azərbaycan
və Türkiyə beynəlxalq aləmdə birlikdə hərəkət
edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Mövlud Çavuşoğlu Ankarada törədilmiş terror aktı ilə əlaqədar başsağlığına və həmrəyliyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib. O, terrorun bütün formalarına qarşı həmişəkindən daha çox mübarizə aparılmasının vacibliyini bildirib. Nazir terrorizmə qarşı mübarizədə Azərbaycan ilə Türkiyənin mövqeyinin eyni olduğunu diqqətə çatdırıb. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasınin Ankarada törədilmiş terror aktı səbəbindən baş tutmadığını xatırladıb.
Türkiyəli nazir azərbaycanlı həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin, bir sıra ortaq layihələrin, eyni zamanda, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müzakirə ediləcək məsələlər barədə fikir mübadiləsi aparıldığını söyləyib. O, Dağlıq Qarabağ problemi də daxil olmaqla, beynəlxalq aləmdə Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət etdiklərini vurğulayıb.
Mövlud Çavuşoğlu bir neçə gündən sonra Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunacağını, bu hadisəni törədənləri lənətlədiyini bildirib.
Elmar Məmmədyarov fevralın 17-də Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Bildirib ki, Azərbaycan bu hadisəni qəti şəkildə pisləyir və terrorla mübarizədə həmişə Türkiyənin yanındadır.
Nazir görüşdə
ikitərəfli əməkdaşlıq məsələləri
və regionda baş
verən hadisələrlə bağlı müzakirələr
aparıldığını diqqətə
çatdırıb. Qeyd edib
ki, Azərbaycan ilə Türkiyə
arasında strateji əməkdaşlıq,
dostluq, qardaşlıq münasibətləri
mövcuddur. Ölkələrimiz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu ilin sonunda
istifadəyə veriləcək. Belə mühüm
layihələr Azərbaycan və Türkiyə ilə
yanaşı, bütövlükdə regionun
inkişafı üçün də əhəmiyyətlidir.
Azərbaycan.- 2016.- 19 fevral.- S. 4.