“Azəryolservis”
Açıq Səhmdar Cəmiyyətinin işçilərinə
“Əməkdar mühəndis” fəxri adı verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Həsənov Məmməd Qurban oğlu
Həsənov Raqib Hüseyn oğlu
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 fevral 2016-cı il
Azərbaycan.- 2016.- 20 fevral.- S. 1.