“Thomson Reuters” beynəlxalq
agentliyinin təqdimatı
olub
Azərbaycan Texniki Universitetində (AzTU) “Thomson Reuters” beynəlxalq
agentliyinin təqdimatı
keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov elmi yaradıcılıqla
məşğul olan alimlərin əsər və məqalələrinin
beynəlxalq miqyasda tanınmış jurnal və nəşrlərdə
dərc edilməsinin,
təbliğ olunmasının
və dünya elmi ictimaiyyətinə tanıdılmasının əhəmiyyətindən
danışıb.
Qeyd edilib ki, nüfuzlu elmi nəşrlər arasında “Thomson Reuters” beynəlxalq
agentliyi xüsusi yer tutur. Ötən
il AzTU-nun
alimlərinin 229 məqaləsi
xarici ölkələrin
mətbuatında dərc
olunub, onların
124-ü impakt faktorlu jurnallarda yerləşdirilib.
Vurğulanıb ki, ötən il Təhsil
Nazirliyi ilə dünyada elmi tədqiqatlar üçün
məlumatların təqdim
olunması və təhlili sahəsində beynəlxalq lider olan “Thomson Reuters” agentliyi arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.
Tədbirdə “Thomson Reuters”
agentliyinin MDB ölkələri
üzrə nümayəndəsi
Valentin Boqorov deyib ki, təmsil
etdiyi agentlik 100-dən
çox ölkədə
fəaliyyət göstərən
və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın yeddi
mindən çox aparıcı universiteti, elmi-tədqiqat institutları,
hökumət təşkilatları,
habelə, özəl
şirkətləri bu
korporasiyanın xidmətlərindən
faydalanır.
Bildirilib ki, Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrin korporasiyanın
xidmətlərindən istifadəsi
sayəsində bu dövlətlərin elmtutumlu
nəşrlərinin sayı
və elm sahəsində
raqabətədavamlılıq qabiliyyəti əsaslı
şəkildə yüksəlib. İmpakt
faktorlu jurnalların sayı son beş
ildə on dəfə
çoxalıb. Bütün bunlar
“Thomson Reuters” ilə əməkdaşlığın
səmərəliliyini təsdiqləyir.
Agentliklə əməkdaşlıq ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə
olmaq, korporasiyanın məhsul və xidmətlərinə çıxış
imkanı yaradacaqdır.
Beləliklə, Azərbaycanın
elmi ictimaiyyəti, alimləri korporasiyanın
məlumatlar bazası
ilə işləmək,
analitik təhlillər
aparmaq, tədqiqatçıların
və elmi jurnalların obyektiv qiymətləndirilməsini həyata
keçirmək, nəşrlərini
yerləşdirmək imkanı
əldə edəcəklər.
Sonra V.Boqorov
iştirakçıların suallarını
cavablandırıb.
Azərbaycan.- 2016.- 20 fevral.- S. 8.