“Bələdiyyə
torpaqlarının torpaq hərracları və
ya müsabiqələri vasitəsilə
verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan
Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1063; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin.
2. 2.3-cü bənddən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 fevral 2016-cı il
Azərbaycan.- 2016.- 21 fevral.- S. 1.