“Fövqəladə
hallar orqanlarında xidmətkeçmə
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 714; 2015, ¹ 2, maddə 103; Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1322-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 17.9-cu və 17.10-cu maddələr əlavə edilsin:
“17.9. Attestasiya olunan fövqəladə hallar orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
17.10. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2015-ci il
Azərbaycan.- 2016.- 23 fevral.- S. 2.