“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 470, ¹ 12, maddə 1501; 2015, ¹ 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.2-ci maddə ləğv edilsin.

2. 2-ci maddədə “Bu qanun” sözləri “Bu qanunun 1.1.1-ci maddəsi 2020-ci il yanvarın 1-dən, digər müddəaları” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2015-ci il

 

Azərbaycan.- 2016.- 23 fevral.- S. 3.