Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modelimövzusunda elmi-praktik seminar keçirilib

 

Fevralın 22-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modelimövzusunda elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məruzəsi dinlənilib. Dövlət müşaviri bildirib ki, Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib məqam ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib.

Kamal Abdullayev qeyd edib ki, Ümummilli Lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsidir.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgəyaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar.

Kamal Abdullayev bildirib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bununla bağlı tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Bütün bunların nəticəsidir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 23 fevral.- S. 4.