Azərbaycan və
İran prezidentlərinin təkbətək
görüşü
Fevralın
23-də rəsmi qarşılanma mərasimi başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və İran İslam
Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək
görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 24 fevral.- S. 1.