Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa Azərbaycan
Respublikası Prezidentinin etirazı barədə
Azərbaycan Respublikası Milli
Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının
110-cu maddəsinin I hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununu
imzalamadan 2016-cı il
fevralın 3-də Milli
Məclisə geri qaytarmışdır.
Milli Məclisin Sədri Azərbaycan Respublikası
Prezidentinin qaytardığı
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununu
Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə
göndərmişdir.
İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun məqsədəuyğun
olmaması barədə
Azərbaycan Respublikası
Prezidentinin təklifinin
qəbul edilməsini Milli Məclisə təklif etmişdir.
Yuxarıda şərh edilənlərə
əsaslanaraq və Azərbaycan Respublikası
Milli Məclisi Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Valyuta tənzimi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Qanununun
məqsədəuyğun olmaması
barədə Azərbaycan
Respublikası Prezidentinin
təklifi qəbul edilsin.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Bakı şəhəri,
23 fevral 2016-cı il
Azərbaycan.- 2016.- 24 fevral.- S. 4.