Azərbaycan dilinin informasiya
bazası yaradılır
Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılır. Layihə “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər planında
da əksini tapıb.
AZƏRTAC
xəbər verir ki, informasiya bazası üç il ərzində
tam hazır olacaq və burada Azərbaycan, rus və ingilis dillərində məlumatlar
yerləşdiriləcək. Hazırda
Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda ilk dəfə
etimoloji lüğət hazırlanır, eyni zamanda, Azərbaycan dilinin elmi qrammatikası da yenilənir. Həmçinin dilimizin
sonuncu dəfə ötən əsrin
80-ci illərində hazırlanmış izahlı lüğəti
yenidən nəşrə hazırlanır. Multikulturalizm
ili çərçivəsində
ölkəmizdə yaşayan azsaylı
xalqların dilləri də araşdırılacaq.
AZƏRTAC
Azərbaycan.- 2016.- 24 fevral.- S. 4.