Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək
əl-Həməd əs-Sabaha
Əlahəzrət,
Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 22 fevral 2016-cı il.
Azərbaycan.- 2016.- 25 fevral.- S. 1.