Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 25-də Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə telefonla
zəng edib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin
bütün sahələrdə
uğurlu inkişafından
məmnunluq ifadə edib, strateji tərəfdaşlıq səviyyəsində
əlaqələrimizin bundan
sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi
əməkdaşlıq və
beynəlxalq gündəliyə
dair bir sıra aktual məsələləri müzakirə
ediblər.
Dövlət başçıları Suriya
probleminin tənzimlənməsi
ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların
dayandırılması haqqında
Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının
həyata keçirilməsinin
vacibliyini vurğulayıblar.
Telefon söhbəti
zamanı təmasların
davam etdirilməsi barədə razılıq
əldə edilib.
Azərbaycan 2016.- 26 fevral.- S.1.